Bir qrup hakim təlimə cəlb edilib
19.09.2024Hakimlərin davamlı tədrisinin təkmilləşdirilməsi məqsədilə təlimçi və pedaqoji fəaliyyətlə məşğul olan hakimlərin müvafiq təlimlərə cəlb edilməsi üçün Məhkəmə-Hüquq Şurası tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.
Bu məqsədlə Ali Məhkəmənin dəstəyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə cari ilin 14-19 sentyabr tarixlərində təlimçi hakimlər Qusar rayonunda mülki hüquq və mülki proses mövzularında uzunmüddətli təlimə cəlb ediliblər.
Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyevin və həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, Ural Dövlət Hüquq Universitetinin professoru Konstantin Branovitskiyin iştirakı ilə keçirilən təlimlərdə mövzular üzrə fikir mübadiləsi, müxtəlif kazuslar ətrafında müzakirələr aparılıb.
Həmçinin təlim müddətində hakimlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərdə tutulub.
Göstərilən platformalarda paylaş: