ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Bakı İnzibati Məhkəməsinin hakimi İsveçrədə Məhkəmələr arasında transmilli dialoqun təşviqi - əqli mülkiyyət hakimlərinin forumunda iştirak edib

10.10.2024

Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva 2024-cü il 9-10 oktyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) keçirdiyi Məhkəmələr arasında transmilli dialoqun təşviqi - əqli mülkiyyət hakimlərinin forumunda iştirak edib.

Tədbirin əsas mövzusu əqli mülkiyyət hüququnun müxtəlif obyektləri ilə bağlı məhkəmə mübahisələrinə baxılmasının, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hakimlərlə işin təşkili məsələlərinə həsr olunub.

Günel Sevdimalıyeva təqdimatla çıxış edərək əmtəə nişanlarının qeydiyyatı ilə bağlı Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmış konkret məhkəmə işləri ilə bağlı məhkəmənin hüquqi mövqeyini tədbir iştirakçılarının nəzərinə çatdırıb, eyni zamanda qarşıdan gələn COP29 tədbirində ölkəmizin ev sahibliyi edəcəyi, işğaldan azad edilmiş ərazilərdə görülən işlər və yaradılan əlverişli mühitlə bağlı məlumat verib, habelə mövzu üzrə verilən sualları cavablandırıb.

Qeyd edək ki, ÜƏMT-nin illik Əqli Mülkiyyət Hakimləri Forumu dünyanın hər yerindən olan hakimlər üçün innovasiyaların sürətləndirilməsi və əqli mülkiyyətin getdikcə daha çox transmilli istifadəsi nəticəsində ortaya çıxan ən aktual əqli mülkiyyət problemləri üzrə öz təcrübələrinin mübadiləsi üçün platforma təmin etmək məqsədi daşıyır.