Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
08.10.2024Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Əliyeva Leyla Rauf qızı,
İbrahimov Zamin Vəliyəddin oğlu,
Qəniyev Faiq Əsəd oğlu,
Mahmudova Təranə Nəriman qızı,
Məmmədov Ceyhun Bəşir oğlu,
Məmmədov Əli İrfan oğlu,
Nəbizadə Nigar Xeyrulla qızı.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 8 oktyabr 2024-cü il
Göstərilən platformalarda paylaş: