BAKI APELLYASİYA MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
21.05.20211. Səlahiyyət müddəti başa çatmış aşağıdakı hakimlər “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Həmidov Həmid Üzeyir oğlu,
Hüseynov Azər Soltanhəmid oğlu,
Tağızadə Mirzə Nəsib oğlu.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Babayev Zəki Baba oğlu,
Bəktaşi Səadət İnayət qızı,
Əkbərov Mübariz Dosməmməd oğlu,
İbrahimli İbrahim Adil oğlu.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova
Bakı şəhəri, 21 may 2021-ci il
Göstərilən platformalarda paylaş: