AZƏRBAYCAN RESPUBLİKASINDA KORONAVİRUS (COVİD-19) İNFEKSİYASININ YAYILMASI TƏHLÜKƏSİNİN QARŞISININ ALINMASI MƏQSƏDİ İLƏ MƏHKƏMƏLƏRDƏ HƏYATA KEÇİRİLMƏSİ ZƏRURİ OLAN TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN MƏLUMATI
15.05.20201. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə:
-
1.1 18 may 2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.
1.2 Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin.
1.3 Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınsın.
1.4 Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.
1.5 Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.
1.6 Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.
2. Bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Göstərilən platformalarda paylaş: