AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN CİNAYƏT KOLLEGİYASI VƏ MÜLKİ KOLLEGİYASI SƏDRLƏRİNİN VƏZİFƏLƏRİNDƏN AZAD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
06.05.20201. Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilsin.
2. Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2020-ci il.
Göstərilən platformalarda paylaş: