ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Hakimlərin Seçki Komitəsinin məlumatı

09.02.2025
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilir.

Növbəti müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 207 nəfər namizədlə 2025-ci il 9 fevral tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

4 saat davam edən imtahanda hakimliyə namizədlər həmin sualları cavablandırmaqla, müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmaq və onun izahını vermək bacarıqlarını nümayiş etdiriblər. Onlara qanunun konsepsiyasını ifadə edə bilmələri üçün zəruri şərait yaradılıb.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Qeyd edək ki, anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr yaxın vaxtda elan olunacaq.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Hakim olmaq arzusunda olan hüquqşünaslar müvafiq sənədlərini təqdim edə bilərlər.