ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Hakimlərin Seçki Komitəsinin məlumatı

21.05.2025
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı

2025-ci il mayın 21-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

İclasda qeyd olunub ki, yazılı imtahanda müvəffəqiyyət qazanmış 75 nəfər hakimliyə namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahan keçirilib.

Namizədlərə bərabər imkanların yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə Komitə üzvləri tərəfindən müvafiq suallar imtahandan bilavasitə əvvəl və imtahan keçirilən auditoriyada hazırlanıb.

İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Şifahi imtahanda namizədlərə hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib.

Qaydalara əsasən imtahanlarda psixoloq iştirak edib. İmtahana cəlb edilmiş psixoloq namizədin qiymətləndirilməsində iştirak etmir, yalnız onun psixoloji portreti barədə rəy verir. Həmin rəy məlumat xarakterli olmaqla, imtahanın nəticələrinə təsir etmir. 

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 48 nəfər hakimliyə namizəd tədris kursuna cəlb ediləcəkdir. Qaydalara əsasən imtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə mediada və internetdə dərc edilir.

Tədris kursu çərçivəsində namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, müasir məhkəmə-hüquq islahatları, hakimin etik davranışı, korrupsiyaya qarşı mübarizə, insan hüquqları, beynəlxalq hüquq normaları, habelə məhkəmə təcrübəsində daha çox rast gəlinən mübahisələrə və digər aktual məsələlərə dair mövzular nüfuzlu hakim və ekspertlərin iştirakı ilə tədris olunacaq, habelə onlar müvafiq məhkəmələrdə staj keçəcəklər. Həmçinin, namizədlərin xaricdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.

Tədris kursu may ayının 26-da başlanılacaqdır.

Eyni zamanda bildirilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 21 sentyabr 2025-ci il tarixdə keçiriləcək test imtahanında iştirak üçün artıq 150-dən çox namizəd sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

 

Tədris mərhələsinə buraxılmış hakimliyə namizədlərin şəxsi eyniləşdirmə kodu üzrə

SİYAHISI

Şəxsi eyniləşdirmə kodu
1 2413001
2 2413016
3 2413018
4 2413019
5 2413062
6 2413063
7 2413083
8 2413104
9 2413105
10 2413128
11 2413137
12 2413140
13 2413153
14 2413154
15 2413155
16 2413156
17 2413158
18 2413161
19 2413166
20 2413170
21 2413173
22 2413177
23 2413179
24 2413181
25 2413207
26 2413208
27 2413221
28 2413222
29 2413224
30 2413228
31 2413248
32 2413252
33 2413262
34 2413263
35 2413265
36 2413277
37 2413289
38 2413291
39 2413294
40 2413295
41 2413332
42 2413333
43 2413336
44 2413379
45 2413392
46 2413395
47 2413401
48 2413402