ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

12.08.2024
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

2024-cü il avqustun 12-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

İclasda qeyd olunub ki, yazılı imtahanda müvəffəqiyyət qazanmış 80 nəfər hakimliyə namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahan keçirilib. Namizədlərə bərabər imkanların yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə Komitə üzvləri tərəfindən müvafiq suallar imtahandan bilavasitə əvvəl və imtahan keçirilən auditoriyada hazırlanıb.

İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Şifahi imtahanda namizədlərə hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib.

Diqqətə çatdırılıb ki, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi“ Qaydalarına edilmiş dəyişikliklərə əsasən imtahanlarda psixoloq iştirak edib. Qaydalara əsasən, imtahana cəlb edilmiş psixoloq namizədin qiymətləndirilməsində iştirak etmir, yalnız onun psixoloji portreti barədə rəy verir. Həmin rəy məlumat xarakterli olmaqla, imtahanın nəticələrinə təsir etmir. 

Qeyd olunub ki, imtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 47 nəfər hakimliyə namizəd tədris kursuna cəlb ediləcək. Qaydalara əsasən, imtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.

Tədris kursu çərçivəsində namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, müasir məhkəmə-hüquq islahatları, hakimin etik davranışı, korrupsiyaya qarşı mübarizə, insan hüquqları, beynəlxalq hüquq normaları, habelə məhkəmə təcrübəsində daha çox rast gəlinən mübahisələrə və digər aktual məsələlərə dair mövzular nüfuzlu hakim və ekspertlərin iştirakı ilə tədris olunacaq, habelə onlar müvafiq məhkəmələrdə staj keçəcəklər. Həmçinin, namizədlərin xaricdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.

Tədris kursu sentyabr ayının 2-də başlanılacaqdır.

Eyni zamanda bildirilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 15 dekabr 2024-cü il tarixdə keçiriləcək test imtahanında iştirak üçün artıq 54 namizəd sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

Tədris mərhələsinə buraxılmış hakimliyə namizədlərin şəxsi eyniləşdirmə kodu üzrə

SİYAHISI

 

 

Şəxsi eyniləşdirmə kodu

 

1

2312030

2

2312031

3

2312041

4

2312042

5

2312048

6

2312066

7

2312067

8

2312072

9

2312077

10

2312085

11

2312086

12

2312090

13

2312101

14

2312107

15

2312122

16

2312129

17

2312138

18

2312149

19

2312154

20

2312155

21

2312156

22

2312158

23

2312162

24

2312179

25

2312188

26

2312216

27

2312239

28

2312242

29

2312247

30

2312249

31

2312250

32

2312256

33

2312264

34

2312267

35

2312268

36

2312274

37

2312275

38

2312276

39

2312279

40

2312285

41

2312288

42

2312289

43

2312290

44

2312292

45

2312293

46

2312296

47

2312312