ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Hakimlərin Seçki Komitəsinin məlumatı

21.07.2024
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı
Hakimlərin Seçki Komitəsinin məlumatı

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilir.

Növbəti müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 167 nəfər hakimliyə namizədlə 21 iyul 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi tərəfindən həmin binada qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb, həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən həmin inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər. Seçilmiş inşa mövzuları elan edilmiş və kazusların işlənilməsi üçün namizədlərə 4 saat vaxt verilib.

4 saat davam edən imtahanda namizədlər verilmiş inşa mövzularını həll edərək müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmaq və onun izahını vermək bacarıqlarını nümayiş etdirməli, qanunun konsepsiyasını ifadə edə bilməlidirlər.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət olunmuş mütəxəssislər yoxlanılmaqla yaxın zamanda nəticələr elan olunacaqdır.

Eyni zamanda qeyd edək ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı cari ilin dekabr ayının 15-də keçiriləcək. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan hüquqşünasları müsabiqədə daha fəal iştiraka dəvət edir.