Ümumi məlumat
1977-ci ildə Bakı şəhərində anadan olub.
Təhsili
1984-1994 - Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb.
1994-1995 - ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib.
1995 - Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.
1998-2000 - Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr.
2000-2002 - Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.
2013 - Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.
İş təcrübəsi
2002-2004 - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi vəzifəsində çalışıb.
2004-2012 - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifəsində çalışıb.
2005-2012 - Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi.
2005-2012 - Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.
2012 - Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
2018-2023 - Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı naziri təyin olunub.
04.04.2023 h/h - Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.
04.04.2023 h/h - Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 aprel tarixli Sərəncamı ilə Ali Məhkəmənin sədri təyin olunub.
21.06.2023 h/h - Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
24.06.2023 h/h - Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri seçilib.