ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASINDA HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ FƏRDİ SÖHBƏTLƏR APARILIB

28.09.2023
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASINDA HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ  FƏRDİ SÖHBƏTLƏR APARILIB
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASINDA HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ  FƏRDİ SÖHBƏTLƏR APARILIB

Yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

2023-cü il sentyabrın 28-də İnam Kərimovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

İclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb. Müsabiqəni uğurla başa vurmuş hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Məhkəmə-Hüquq Şurasının üzvləri çıxış edərək, böyük əksəriyyəti gənc nəsil hüquqşünaslardan ibarət olan həmin namizədlərin müxtəlif hüquq sahələrində çalışdıqlarını və gələcəkdə onların ədalət mühakiməsinin və məhkəmə sisteminin inkişafında öz töhvələrini verəcəklərinə əminliklərini bildiriblər.