ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmə-Hüquq Şurasının iclasında hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb

02.10.2024

2024-cü ilin oktyabrın 2-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Bildirilib ki, yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb. Müsabiqəni uğurla başa vurmuş hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Daha sonra cari məsələlərə, o cümlədən məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı hüquqi akt layihələrinə dair fikir mübadiləsi aparılıb.