ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının hesabatı

20.11.2026
Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının hesabatı
Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının hesabatı

Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının 2025-ci il ərzində fəaliyyətinin nəticələri açıqlanıb

 

Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası tərəfindən 2025-ci il ərzində məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsahibələrin nəticələrindən verilmiş şikayətlərə baxılması məqsədilə 5 iclas keçirilib.

Bu dövrdə Apellyasiya Şurasına ümumilikdə 35 şikayət daxil olub. Şikayətlərdən 22-i üzrə müvafiq qərarlar qəbul edilib. Belə ki, 3 şikayət təmin edilərək müsahibə komissiyalarının qərarları ləğv olunub və namizədlər iddia etdikləri vəzifələrə uyğun hesab ediliblər. 9 şikayət üzrə müsahibə komissiyalarının qərarları ləğv edilərək namizədlərlə təkrar müsahibələrin keçirilməsi qərara alınıb, 10 şikayət təmin edilməyərək müsahibə komissiyalarının qərarları qüvvədə saxlanılıb.

 

 

Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının 2026-cı ilin birinci yarımilində fəaliyyətinin nəticələri açıqlanıb

 

Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası tərəfindən 2026-cı ilin birinci yarımilində məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsahibələrin nəticələrindən verilmiş şikayətlərə baxılması məqsədilə 3 iclas keçirilib.

Bu dövrdə Apellyasiya Şurasına ümumilikdə 31 şikayət daxil olub. Şikayətlərdən 14-ü üzrə müvafiq qərarlar qəbul edilib. Belə ki, 3 şikayət təmin edilərək müsahibə komissiyalarının qərarları ləğv olunub və namizədlər iddia etdikləri vəzifələrə uyğun hesab ediliblər. 4 şikayət üzrə müsahibə komissiyalarının qərarları ləğv edilərək namizədlərlə təkrar müsahibələrin keçirilməsi qərara alınıb, 7 şikayət təmin edilməyərək müsahibə komissiyalarının qərarları qüvvədə saxlanılıb.