HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TEST İMTAHANI KEÇİRİLMİŞDİR
08.06.2022Ölkə Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.
Fərmana uyğun olaraq hakimliyə namizədlərin seçimi təkmilləşdirilərək davamlı xarakter alıb və müasir texnologiyaların tətbiqi təmin olunub.
Ötən dövrdə xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə keçirilmiş müsabiqələrdə 1200-dək hüquqşünas iştirak edib.
Müsabiqənin bütün mərhələlərini, habelə yarım illik tədris kurslarını və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vurmuş 44 nəfər hakimliyə namizəd ötən il ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 140-a qədər namizəd isə hazırda müsabiqənin müxtəlif, o cümlədən sonuncu mərhələsindədir.
İyun ayının 8-də 200-dək hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.
Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib.
İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 109 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.
Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə
SİYAHISI
№ | Soyadı, Adı, Atasının adı |
1. | ABBASOV RƏŞAD VAHİD OĞLU |
2. | ABBASOVA ELLARA HƏSƏN QIZI |
3. | ABDULLAYEV COŞQUN ŞAMİL OĞLU |
4. | ABDULLAYEV FƏRMAN FİRİDUN OĞLU |
5. | ABDULLAYEV ZİYA YAŞAR OĞLU |
6. | AĞAYEV NƏSRULLA QİYAS OĞLU |
7. | AXUNDOV VÜQAR TOFİQ OĞLU |
8. | AXUNDOVA AYNUR OQTAY QIZI |
9. | ALIYEV CAHANGİR ELDAR OĞLU |
10. | BABAYEV EMİN GÜNDÜZ OĞLU |
11. | BABAYEVA NƏRGİZ SƏFTƏR QIZI |
12. | BAĞIROV ORXAN RASİF OĞLU |
13. | BAĞIROV VÜSAL MƏCNUN OĞLU |
14. | BAYRAMOV SAMİR ZAKİR OĞLU |
15. | CABBARLI XATIN MAHİR QIZI |
16. | CƏFƏRLİ HƏSƏNXAN İBRAHİM OĞLU |
17. | CƏFƏROVA RUQİYYƏ ÜLFƏT QIZI |
18. | CƏFƏRZADƏ FƏRİD ZÜLFƏLİ OĞLU |
19. | DADAŞOVA ÜLKƏR NAZİM QIZI |
20. | DAŞDƏMİROV ELŞAD RASİM OĞLU |
21. | ƏBDURƏHMANOV KƏNAN SƏFƏR OĞLU |
22. | ƏBDÜLOV ƏLİ HƏSƏN OĞLU |
23. | ƏLƏSGƏROV RAFİQ RAMİZ OĞLU |
24. | ƏMİRXANLI MEHMAN ƏMİRXAN OĞLU |
25. | ƏSƏDOV ANAR ƏSƏDULLA OĞLU |
26. | ƏSGƏROV XƏYYAM BAXŞƏLİ OĞLU |
27. | GÖZƏLZADƏ TURAL İMAMƏLİ OĞLU |
28. | HACIYEV BƏXTİYAR ZABİL OĞLU |
29. | HACIYEV ZÜLFÜQAR ALI OĞLU |
30. | HACIYEVA AYTƏN VİDADİ QIZI |
31. | HƏSƏNLİ MƏHƏMMƏD VAHİD OĞLU |
32. | HƏSƏNLİ VÜSAL MİRƏLİ OĞLU |
33. | HƏSƏNOV HƏMİD İBRAHİM OĞLU |
34. | HƏSƏNOV TEYMUR HƏSƏN OĞLU |
35. | HƏSRƏTOV ƏLİ HƏSRƏT OĞLU |
36. | HÜSEYNOV CEYHUN ELDAR OĞLU |
37. | HÜSEYNOV FAİQ OQTAY OĞLU |
38. | HÜSEYNOV NURƏLİ ƏVƏZ OĞLU |
39. | XƏLİL ÜLKƏR ABDURAHMAN QIZI |
40. | İBADOV VÜSAL CƏBRAYIL OĞLU |
41. | İBİŞOV İLKİN İLQAR OĞLU |
42. | İBRAHİMOVA AYGÜN SƏDİ QIZI |
43. | İBRAHİMOVA AYTƏKİN NAZİM QIZI |
44. | İSGƏNDƏROV PƏRVİZ DƏDƏBƏY OĞLU |
45. | İSMAYIL SAMİR ŞAHİN OĞLU |
46. | İSMAYILOV ROMAN İSMAYIL OĞLU |
47. | İSRAFİLLİ RUSLAN FİRDOVSİ OĞLU |
48. | KƏRİMOV ARZUYAR SADIQ OĞLU |
49. | KƏRİMOV BAHADUR SƏTTAR OĞLU |
50. | KƏRİMOV FUAD TOFİQ OĞLU |
51. | KƏRİMOV TALEH ETİBAR OĞLU |
52. | KƏRİMOVA FİRUZƏ ŞAHİN QIZI |
53. | QASIMOV VÜQAR İNQİLAB OĞLU |
54. | QƏNBƏROV DAŞQIN MƏCİD OĞLU |
55. | QULİYEV ÜLVİ İLHAMİ OĞLU |
56. | QULİYEV ZAUR BALABƏY OĞLU |
57. | QULİYEVA RƏŞİDƏ PAŞA QIZI |
58. | QULUZADƏ GÜNEL CƏBRAYIL QIZI |
59. | QURBANOVA AYNUR SAHİB QIZI |
60. | MAHMUD ORXAN ƏLÖVSƏT OĞLU |
61. | MAHMUDOV ORXAN FƏQAİL OĞLU |
62. | MAHMUD-ZADƏ SƏBRİNƏ RAMİZ QIZI |
63. | MANSIROV ELÇİN FAXRƏDDİN OĞLU |
64. | MEHDİYEV RAHİD BAXŞƏLİ OĞLU |
65. | MEYBULLAYEVA ŞƏFİQƏ ELDAR QIZI |
66. | MƏDƏTLİ TOĞRUL NAİL OĞLU |
67. | MƏMMƏDLİ SAMİRƏ MƏHƏMMƏD QIZI |
68. | MƏMMƏDLİ SƏKİNƏXANIM NAİB QIZI |
69. | MƏMMƏDOVA GÜNEL MEHMAN QIZI |
70. | MƏMMƏDOVA NİGAR İBRAHİM QIZI |
71. | MİRİYEVA HƏBİBƏ NOVRUZ QIZI |
72. | MÖVSÜMOV RÜFƏT RAUF OĞLU |
73. | MUSAYEV PƏRVİZ RAMİZ OĞLU |
74. | MUSAYEVA GÜNAY ABDUL QIZI |
75. | MUSTAFAYEV DƏYANƏT MUSA OĞLU |
76. | MUSTAFAYEVA ZƏRİFƏ VAQİF QIZI |
77. | NAMAZOVA ÇİNARƏ İMAMƏDDİN QIZI |
78. | NİYAZOVA SƏKİNƏ MİRZƏ QIZI |
79. | NURİYEV AQİL ABDUL OĞLU |
80. | ORUCLU AYDAN ADƏM QIZI |
81. | ORUCOVA SEVİNC ZÖHRAB QIZI |
82. | RƏHİMOV TURAL HƏBİB OĞLU |
83. | RƏHİMOVA XƏYALƏ MİRZƏMMƏD QIZI |
84. | RƏSULOVA AYSEL ƏLƏDDİN QIZI |
85. | RƏSULOVA MƏDİNƏ CAMAL QIZI |
86. | RÜSTƏMOV TOĞRUL ZƏKARA OĞLU |
87. | SADIQOV SEYMUR TOFİQ OĞLU |
88. | SALAYEVA GÜNEL ŞAHİN QIZI |
89. | SEYİDOV İLKİN TOFİQ OĞLU |
90. | SEYİDOV MİRSADİQ MİRSƏTTAR OĞLU |
91. | SƏFƏROV ORXAN VAHİD OĞLU |
92. | ŞAHHÜSEYNOV FƏXRƏDDİN TARVERDİ OĞLU |
93. | ŞAMİLOV VÜQAR OKTAY OĞLU |
94. | ŞİRİNOV VÜSAL RƏFAİL OĞLU |
95. | TAĞIYEVA PAKİZƏ ZAHİR QIZI |
96. | TAĞIYEVA RUHİYƏ NADİM QIZI |
97. | TAĞIZADƏ PƏRVİZ VAQİF OĞLU |
98. | TAPDIQOV İLQAR MƏHƏRRƏM OĞLU |
99. | VƏLİYEV OSMAN AKİF OĞLU |
100. | VƏLİYEV RAMİL EYVAZ OĞLU |
101. | VƏLİYEVA AYŞƏN UMUD QIZI |
102. | VƏLİYEVA ELNARƏ FƏXRƏDDİN QIZI |
103. | VƏLİYEVA TÜNZALƏ GÜLMALI QIZI |
104. | YUSİBOVA TÜRKAN AYDIN QIZI |
105. | ZEYNALOV ƏFQAN ƏLİNAĞI OĞLU |
106. | ZEYNALOV YUSİF SƏMƏDAĞA OĞLU |
107. | ZEYNALOVA ELNURƏ SALMAN QIZI |
108. | ZEYNALOVA TAMARA NAMİQ QIZI |
109. | ZÖHRABBƏYOVA REYHANƏ SƏRHƏD QIZI |
Göstərilən platformalarda paylaş: