HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ İLKİN TƏDRİSİN NƏTİCƏLƏRİ ÜZRƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR
15.01.2022Dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında tapşırıqlarına uyğun olaraq vakant hakim vəzifələrinə, o cümlədən yeni ayrılmış hakim ştatlarına namizədlərin seçilməsi prosesi davam edir.
Növbəti müsabiqə zamanı 200-dən çox hakimliyə namizəddən 40 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçib və yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurub.
Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilib. İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə Dövlət İmtahan Mərkəzində təşkil olunub.
4 saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.
Göstərilən platformalarda paylaş: