HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
15.07.20232023-cü ilin iyulun 14-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib. Əvvəlcə, Məhkəmə-Hüquq Şurasının 13 iyul tarixli iclasında Komitəyə yeni seçilmiş üzvlər təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib.
Sonra Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib.
İclasda həmçinin, hakimliyə namizədlərin imtahan prosesi ilə bağlı cari tədbirlər müzakirə edilib, bəzi təşkilati məsələlərə baxılıb.
Göstərilən platformalarda paylaş: