ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

22.12.2023
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Hazırda vakant olan hakim ştatlarının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə imtahanların keçirilməsi davam etdirilir. Seçim prosesinin sürətləndirilməsi və namizədlər üçün daha əlverişli şəraitin yaradılması istiqamətində Şura tərəfindən ardıcıl addımlar atılır.

Müsabiqənin bütün mərhələlərini müvəffəqiyyətlə başa vurmuş 155 nəfər hakimliyə namizəd ölkə Prezidentinin Sərəncamları ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 250-dən çox namizəd isə hazırda seçimin müxtəlif mərhələlərindədir.

Növbəti müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 154 nəfər namizədlə 22.12.2023-cü il tarixdə yazılı imtahan ilk dəfə olaraq  elektron qaydada keçirilib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər. 4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə yaxın zamanda nəticələr elan olunacaq.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.