ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

25.01.2020
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 81 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib. İmtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.

Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib.

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 44 nəfər tədris kurslarına buraxılıb.

Həmin kurslarda namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər. Həmçinin namizədlərin xarici dövlətlərdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.



Tədris mərhələsinə buraxılmış hakimliyə namizədlərin

SİYAHISI

 

Soyadı, adı, atasının adı
1.     Abbasova Məlahət Aslan qızı
2.     Abdullayev Elşən Uğur oğlu
3.     Abidova Günay Çingiz qızı
4.     Ağalarov Həmid Azər oğlu
5.     Babazadə Gülnar Vidadi qızı
6.     Cəfərli Nilufər Arif qızı
7.     Əhədova Aygün Əlqəmə qızı
8.     Əhmədov Elsun Məzahir oğlu
9.     Əliyev Əli Abdulla oğlu
10.         Əliyev Hafiz Samir oğlu
11.         Əliyev İsa Hüseyn oğlu
12.         Əliyeva Gülsüm Kamal qızı
13.         Əliyeva Qumru Yəhya qızı
14.         Əsgərov Anar Əlifağa oğlu
15.         Həsənov Orxan Xaqani oğlu
16.         Həsənova Ülkər Təhmasib qızı
17.         Hümbətov Fəhmin Zaur oğlu
18.         Hüseynov Elmir Xoşbəxt oğlu
19.         Hüseynov İlqar Vidayət oğlu
20.         Hüseynov Kənan Hüseyn oğlu
21.         Xudayev Kərim Bahəddin oğlu
22.         İbadzadə Anar Qənimət oğlu
23.         İsmayıl Günay Mikayıl qızı
24.         İsmayılov Natiq Əvəz oğlu
25.         İsmayılzadə Fərid Sabir oğlu
26.         Kərimova Mahirə Nəzər qızı
27.         Qafarova Rübabə Nurulla qızı
28.         Quliyev Ceyhun Əmir oğlu
29.         Mahmudova Həqiqət Sahib qızı
30.         Məmmədov Fəxri Afiq oğlu
31.         Mirzəyeva Leyla Eytibar qızı
32.         Musayev Taleh Valeh oğlu
33.         Musayev Vüqar Ələkbər oğlu
34.         Nəbiyeva Aygün Arzu qızı
35.         Orucəliyev Abil Elmar oğlu
36.         Sadıqov Mirlətif Süleyman oğlu
37.         Salahova Səlma İsgəndər qızı
38.         Sevdimalıyeva Günel Arif qızı
39.         Seyidov Vüqar Mircuma oğlu
40.         Səfərli Cavid Şamil oğlu
41.         Səmədova Günel Kamil qızı
42.         Səmədzadə Sərxan Akif oğlu
43.         Sultanov Cavid Rizvan oğlu
44.         Yusifova Ülkər Bayram qızı