ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

14.12.2019
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi aparılır.

Hakim olmaq üçün sənədlərini təqdim etmiş 200-dən çox namizədlə cari ilin sentyabr ayında keçirilmiş test üsulu ilə və yazılı imtahanlarda 81 nəfər müvəffəqiyyət qazanıb. Hazırda Hakimlərin Seçki Komitəsi tərəfindən həmin namizədlərlə şifahi imtahanlar keçirir.

Eyni zamanda namizədlərin sənəd qəbulu davamlı xarakter alıb və ötən ayın 23-də 230-dək olan növbəti namizədlərlə test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri dərhal elan olunub. İmtahanda 60 və daha artıq bal toplamış 108 nəfər namizəd növbəti mərhələyə – yazılı imtahana buraxılıb.

Dekabr ayının 14-də Dövlət İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, özünün qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.

Cavab vərəqələri tam anonimləşdirildikdən sonra ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr elan olunacaqdır.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və hakim olmaq arzusunda olan hüquqşünaslar müsabiqəyə dəvət olunurlar.