ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

28.06.2022
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Ölkə Prezidenti cənab İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə Fərmanla hakim ştatlarının sayının 200 vahid artırılması nəzərə alınaraq həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib. Bu çoxmərhələli proses fasiləsiz xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elanı müəyyən olunub.

Ötən dövrdə yeni nəsl hakim korpusunun formalaşdırılması məqsədilə 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim prosesi keçirilib, 44 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilib. Daha 39 nəfər Məhkəmə-Hüquq Şurası tərəfindən ixtisaslaşma aparılmaqla təyinat üçün təqdim olunurlar.

200-dən çox namizəd isə seçim prosesinin müxtəlif mərhələlərindədir. Onlardan 46 nəfəri yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanıb və hakim vəzifəsinə hazırlanmaları üçün uzunmuddətli kurs və məhkəmələrdə stajkeçməni başa vurublar.

Ədliyyə Akademiyasında keçirilən həmin kursun proqramı müasir metodika və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o cümlədən insan haqlarının etibarlı qorunması, məhkəmə etikası, vətəndaş məmnunluğunun təmini, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və digər məsələlərə dair mövzular daxil edilib. Nüfuzlu yerli və xarici mütəxəssislərin mühazirələri, namizədlərin müxtəlif məhkəmələrdə staj keçərək məhkəmə qərarlarının layihələrini hazırlamaq bacarıqlarına yiyələnmələri təşkil olunub.

Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə iyun ayının 28-də Hakimlərin Seçki Komitəsi tərəfindən onlarla tədrisin nəticələri üzrə Dövlət İmtahan Mərkəzində yazılı imtahan keçirilib.

İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb, həmin suallardan cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisi seçilib.

Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanılıb.

4 saat davam edən imtahanda namizədlər verilmiş kazus xarakterli məhkəmə işlərini həll etməklə, cinayət və mülki sahələr üzrə qərarlar tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.