HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
17.06.2022Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 46 nəfər hakimliyə namizədlə ilkin tədris kursu başa çatmışdır.
Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə tədrisin nəticələri üzrə yazılı imtahan iyun ayının 28-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) təşkil ediləcəkdir.
Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdirəcəklər. Bu məqsədlə onlar mülki, mülki-prosessual, cinayət və cinayət prosessual məcəllələri və digər aidiyyəti vəsaitləri istifadə üçün özləri ilə gətirə bilərlər (elektron vasitələr istisna olmaqla).
İmtahan yerinə saat 10:00-dan etibarən gəlmək tövsiyə olunur. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.
Göstərilən platformalarda paylaş: