ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

22.02.2022
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf və obyektiv meyarlar əsasında seçimi davam edir.

Test, habelə yazılı və şifahi imtahanları müvəffəqiyyətlə vermiş və hakim vəzifəsinə hazırlanmaları üçün yarım illik tədris kursunu başa vurmuş 40 nəfər hakimliyə namizədlə hazırda tədrisin nəticələri üzrə şifahi imtahanlar keçirilir.

Eyni zamanda test, yazılı və şifahi imtahanlarda uğur qazanmış digər 47 namizəd tədris kurslarına cəlb ediliblər.

Hakimlərin Seçki Komitəsi bildirir ki, davamlı xarakter almış müsabiqə çərçivəsində növbəti test imtahanında müvəffəqiyyət qazanmış daha 93 nəfər hakimliyə namizədlə ötən ilin sonunda yazılı imtahan keçirilib və namizədlər cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sualı 4 saat ərzində cavablandırıblar.

Onların cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Bu zaman qanunun məzmununu açmaq və izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 54 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb.

Eyni zamanda bildirilir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və artıq 100-dən çox hüquqşünas sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

Müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmış hakimliyə namizədlərin

SİYAHISI

Soyadı, adı, atasının adı
1.     Abbasov Ucal Vüqar oğlu
2.     Abdullayev Mübariz Xalıqverdi oğlu
3.     Abdullayev Rəşad Tapdıq oğlu
4.     Abiyeva Nərmin Mirhəsən qızı
5.     Alməmmədov Nəriman Əli oğlu
6.     Atayev Babək Alyoşa oğlu
7.     Babayeva Fəridə İslam qızı
8.     Bayramov Orxan Telman oğlu
9.     Bədəlov Xəyal Natiq oğlu
10.         Bəşirov Cəmil İsmayıl oğlu
11.         Cəfərxanov Əyyub İsrafil oğlu
12.         Əfəndizadə Tural Qurbanəli oğlu
13.         Əhmədov Ramin Malik oğlu
14.         Ələsgərov Elvin Əvəz oğlu
15.         Əliyev Süleyman Hüseynqulu oğlu
16.         Əliyev Tural Yusif oğlu
17.         Əliyeva Aynur Məhəmməd qızı
18.         Əliyeva Leyla Kamil qızı
19.         Əliyeva Starə Vidadil qızı
20.         Əliyeva Vəsilə Əlövsət qızı
21.         Əsgərov Ruslan Rüstəm oğlu
22.         Həbibova Könül Əbülfəz qızı
23.         Həmidli Fərman Fəzail oğlu
24.         Xanməmmədova Liza Əliəşrəf qızı
25.         İsgəndərova Aysel Hamlet qızı
26.         İsmayılov Elmir Akif oğlu
27.         İsmayılov Samir Bəyistan oğlu
28.         Qarayev Qəhrəman Maşalla oğlu
29.         Qasımov Abusət Sahib oğlu
30.         Qəhrəmanov Elnur Balakişi oğlu
31.         Qələndərzadə Ramiq Ramis oğlu
32.         Qənbərov Tağı Ədalət oğlu
33.         Quliyev Rusif Əlövsət oğlu
34.         Quliyev Tariyel Şirindil oğlu
35.         Quliyeva Güləndam Gündüz qızı
36.         Qurbanova Gülnaz İntiqam qızı
37.         Qurbanova Pərvanə Tahir qızı
38.         Məmmədli Aydan Zakir qızı
39.         Məmmədov Pərviz Şahin oğlu
40.         Məmmədova Esmira Qərib qızı
41.         Məmmədova Günel İqbal qızı
42.         Mirhəsənli Mirnəsir Mirfazil oğlu
43.         Mirzəfərova Könül Murtuz qızı
44.         Muradov Pərviz Namiq oğlu
45.         Musayev Kamran İbrahim oğlu
46.         Musayeva Vüsalə Vahid qızı
47.         Mürsəlova Aygün Mayıl qızı
48.         Paşayev Orxan Zakir oğlu
49.         Şirəliyeva Vəfa Zavrulla qızı
50.         Təhməzli Nigar Natiq qızı
51.         Yaqubov Fəqan Vaqif oğlu
52.         Yasinova Mehriban Səfa qızı
53.         Zalıyev Mayıs Mayıl oğlu
54.         Zeynalov Emin Əlibala oğlu