HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
18.09.2020Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək yarım il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilmişdir.
Namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədilə keçirilən müsahibələrin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilmiş və bütün namizədlər müvəffəqiyyət qazanaraq, Məhkəmə-Hüquq Şurasına təqdim olunmuşdur.
Qanunvericiliyə müvafiq olaraq Şura tərəfindən namizədlərlə müvafiq söhbət və ixtisaslaşma aparılacaqdır.
Göstərilən platformalarda paylaş: