HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
05.09.2023Belə ki, ilkin tədris kursunu başa vurmuş 33 nəfər hakimliyə namizəd yeni qaydalara əsasən birbaşa yekun müsahibəyə buraxılmışdır. 2023-cü il 11 sentyabr tarixdən başlayaraq yekun müsahibə mərhələli qaydada keçiriləcəkdir.
Yekun müsahibədə namizədin tədris kursunun proqramını mənimsəmə səviyyəsi, hüquq sahəsində nəzəri və praktiki biliklərinin tətbiqi bacarığı, ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi yoxlanılacaqdır.
“Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na edilmiş müvafiq dəyişikliklərin tam mətni ilə https://e-qanun.az/framework/17144 keçidi vasitəsilə tanış olmaq mümkündür.
Göstərilən platformalarda paylaş: