ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİM OLMAQ ARZUSUNDA OLAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

17.03.2020
HAKİM OLMAQ ARZUSUNDA OLAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!
HAKİM OLMAQ ARZUSUNDA OLAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronovirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş normalarına dair təlimat verilib.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, hakim olmaq arzusunda olan şəxslərin sənədləri elektron qaydada qəbul edilir.

Bu məqsədlə sənədlərin elektron qaydada qəbulu üçün prosedurlar tam sadələşdirilmişdir.

Belə ki, hakimliyə namizədliyinin qeydə alınmasını istəyən şəxslər müvafiq ərizə və aşağıdakı sənədlərinin foto-surətini Komitənin hsk@jlc.gov.az ünvanına elektron formatda, o cümlədən mobil telefon vasitəsilə göndərə bilərlər:

    1. Şəxsiyyət vəsiqəsinin surəti;
    2. Kadrlar uçotunun şəxsi vərəqəsi (A-3 formatında); yüklə
    3. Tərcümeyi-hal (A-3 formatında); yüklə
    4. Ali təhsil haqqında sənədin (diplomun) surəti;
    5. Əmək kitabçasının təsdiq olunmuş surəti;
    6. Əqli və fiziki cəhətdən sağlamlıq barədə tibbi arayış;
    7. 4x6 ölçüdə 4 ədəd rəngli fotoşəkil.

Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə Sizə məlumat veriləcəkdir.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62 (faks)

Hakimlərin Seçki Komitəsi