ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLƏCƏKDİR

04.12.2019
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLƏCƏKDİR
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLƏCƏKDİR

Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərlə keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 108 nəfər namizədlə yazılı imtahan dekabr ayının 14-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcəkdir.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Məhkəmə-Hüquq Şurasının İnternet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada, yaxud Hakimlərin Seçki Komitəsindən bütün iş vaxtı ərzində əldə edə bilərlər.

İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaqdır.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62