Hakimlərin Seçki Komitəsinin məlumatı
09.12.2024Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.
Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə test imtahanı cari ilin dekabr ayının 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaqdır.
İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcəkdir.
Namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.
Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 13 dekabr 2024-cü il saat 10:00 müəyyən edilmişdir.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Göstərilən platformalarda paylaş: