ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLƏCƏKDİR

23.09.2019
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLƏCƏKDİR
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLƏCƏKDİR

Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərlə test imtahanının ikinci fazası - yazılı imtahan sentyabr ayının 28-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcəkdir.

Hakimliyə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni sentyabr ayının 25-dən bütün iş vaxtı ərzində, Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdırlar.

İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və «İmtahana buraxılış vərəqəsi»ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaqdır.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62