ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ NÖVBƏTİ TEST İMTAHANI KEÇİRİLƏCƏK

26.01.2024
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ NÖVBƏTİ TEST İMTAHANI KEÇİRİLƏCƏK
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ NÖVBƏTİ TEST İMTAHANI KEÇİRİLƏCƏK

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ayrılmış əlavə hakim ştatlarının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə imtahanların keçirilməsi davam etdirilir.

Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı cari ilin may ayının 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir.

İmtahanın keçirilməsi vaxtı, yeri, qaydası, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcəkdir.

Qeyd edək ki, müsabiqənin bütün mərhələlərini müvəffəqiyyətlə başa vurmuş 155 nəfər hakimliyə namizəd ölkə Prezidentinin Sərəncamları ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilmiş, 245 namizəd isə hazırda seçimin müxtəlif mərhələlərindədir. Hazırda növbəti imtahan üçün sənəd qəbulu davam etdirilir.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62