ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

23.10.2023
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə test imtahanı cari ilin noyabr ayının 03-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 növbədə keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam edir.

Namizədlər “imtahana buraxılış vərəqəsi”ni oktyabr ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62