HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
25.06.2023Hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.
Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərlə test imtahanı cari ilin iyul ayının 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam edir.
Namizədlər “imtahana buraxılış vərəqəsi”ni iyul ayının 06-dan etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Göstərilən platformalarda paylaş: