HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
22.08.2023Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir.
Mətbuatda xəbər verildiyi kimi sənəd qəbulu davamlı xarakter almış və hakimliyə namizədlərlə növbəti test imtahanın 170 nəfərlə cari ilin noyabr ayının 3-də keçirilməsi qərara alınmışdır.
Hazırda qanunvericiliyin tələblərinə cavab verən, hakim olmaq istəyən xeyli sayda hüquqşünas noyabr ayında keçiriləcək test imtahanında iştirak etmək üçün sənədlərini artıq təqdim etmişdir.
Hakimlərin Seçki Komitəsi bildirir ki, namizədlərin sayının 170 nəfəri keçməsi, yeni müraciətlərin çoxluğu və əlavə vakant hakim vəzifələrinin mövcudluğu nəzərə alınaraq, sənədlərini ilk təqdim etmiş 340 nəfər hakimliyə namizədlə test imtahanı iki növbədə cari ilin noyabr ayının 03-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəkdir.
Eyni zamanda, namizədlərin sənədlərinin bundan sonra da qəbulu davam etdiriləcəkdir.
İmtahanla bağlı digər məlumatlar o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlər barədə informasiya www.jlc.gov.az saytında mütəmadi dərc ediləcəkdir.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Göstərilən platformalarda paylaş: