Hakimlərin Seçki Komitəsinin məlumatı
23.04.2024Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.
Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə test imtahanı cari ilin may ayının 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir.
Namizədlər “imtahana buraxılış vərəqəsi”ni aprel ayının 26-dan etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.
Müsabiqə üçün sənədlərin qəbulu fasiləsiz davam edir.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Göstərilən platformalarda paylaş: