Hakimlərin Seçki Komitəsinin məlumatı
14.06.2024Test imtahanında müvəffəqiyyət qazanmış 173 nəfər hakimliyə namizədlə yazılı imtahan iyul ayının 21-də saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108) keçiriləcəkdir.
Hakimlərin Seçki Komitəsi bildirir ki, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq yazılı imtahan elektron qaydada keçiriləcəkdir.
İnşa mövzularının ifadə edilməsinə dair xüsusatlar və inşaların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilmiş “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”nda göstərilmişdir.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni iyul ayının 10-dan etibarən Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə əldə edə bilərlər.
İmtahan yerinə saat 09:30-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaqdır.
Həmçinin hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Hakim olmaq arzusunda olan hüquqşünaslar müvafiq sənədlərini təqdim edə bilərlər.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Göstərilən platformalarda paylaş: