HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
22.11.2023Hakimlərin Seçki Komitəsi bildirir ki, test imtahanında müvəffəqiyyət qazanmış 163 nəfər hakimliyə namizədlərlə yazılı imtahan dekabr ayının 22-də saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanı) keçiriləcəkdir.
“Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq yazılı imtahan ilk dəfə olaraq elektron qaydada keçiriləcəkdir.
İnşa mövzularının ifadə edilməsinə dair xüsusatlar və inşaların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilmiş “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”nda göstərilmişdir.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni dekabr ayının 11-dən etibarən Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə əldə edə bilərlər.
İmtahan yerinə saat 09:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaqdır.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Hakim olmaq arzusunda olan hüquqşünaslar müvafiq sənədlərini təqdim edə bilərlər.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Göstərilən platformalarda paylaş: