![]() Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsi |
|
23.10.2023 HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI |
|
Hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.
Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə test imtahanı cari ilin noyabr ayının 03-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 növbədə keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam edir. Namizədlər “imtahana buraxılış vərəqəsi”ni oktyabr ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62 | |