BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMİ ELMİRA EYVAZ QIZI NAĞIYEVANIN SƏLAHİYYƏTLƏRİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 12-ci bəndinə və 114-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova