Əsas səhifə Saytın xəritəsi Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Xəbər verildiyi kimi test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, yarım il davam edən tədris kursunu başa vurmuş 40 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə ötən ay yazılı imtahan keçirilib. COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilən həmin imtahan zamanı namizədlər məhkəmə qərarlarının layihələrini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

İmtahan nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən yoxlanılıb və bütün namizədlərin bilikləri məqbul bilinərək onlar müsabiqənin növbəti mərhələsinə - tədrisin yekunları üzrə şifahi imtahana buraxılıblar.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakim korpusunda ən layiqli hüquqşünasların təmsil olunması məqsədilə hakimliyə namizədlərin yüksək tələbkarlıq səviyyəsində seçimi prosesi davam edir.

Çap et

08.02.2022
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az