Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCANDA MƏHKƏMƏ VƏ HÜQUQ İSLAHATI TƏQDİR EDİLİR

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ədliyyə Naziri Mehmet Ali Şahin Məhkəmə-Hüquq Şurasının üzvləri ilə görüşmüşdür.

Qonağı Məhkəmə-Hüquq Şurasında səmimi salamlayan şuranın sədri Fikrət Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatının mütərəqqi mahiyyəti barədə ona məlumat vermiş, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işləri, ən demokratik və şəffaf prosedurlarla hakimliyə namizədlərin seçilməsini və digər tədbirləri diqqətə çatdırmışdır. O, ölkələrimiz arasında hüquqi sahədə səmərəli əməkdaşlığın qurulmasını qeyd edərək, cari ildə böyük bir qrup hakimliyə namizədin qardaş ölkənin məhkəmə orqanlarında staj keçməsinə, habelə yüksək ixtisaslı türkiyəli mütəxəssislər tərəfindən hakimliyə namizədlər üçün ayrıca kursun keçirilməsinə görə minnətdarlığını bildirmişdir.

Türkiyəli nazir Azərbaycanda qısa müddət ərzində məhkəmə sisteminin demokratik norma və dəyərlər əsasında yenidən qurulmasının şahidi olduğunu, bu sahədə həyata keçirilən mütərəqqi tədbirlərin onda çox böyük təəssürat yaratdığını vurğulamış, hakimliyə namizədlərin seçilməsi prosesini analoqu olmayan, Avropada ən mütərəqqi prosedur kimi dəyərləndirərək ölkəmizin nailiyyətlərinə ürəkdən sevindiyini qeyd etmişdir.

Görüşdə ölkələrimizin hüquqi sahədə əlaqələrinin daha da genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyəti vurğulanmış, şura üzvləri vəkil Akif Əhmədov, hakim Şəlalə Məmmədova, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev çıxış etmiş, faydalı fikir mübadiləsi aparılmışdır.

Çap et

26.09.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az