Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN İXTİSASININ ARTIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin tədrisinin mühüm əhəmiyyəti nəzərə alınaraq, bu sahədə ardıcıl tədbirlər görülür.

Məhkəmə-Hüquq Şurası tərəfindən beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə səmərəli əməkdaşlıq çərçivəsində “Avropa İnsan hüquqları konvensiyasının ölkədaxili tətbiqinə dair” iki günlük seminar təşkil olunmuşdur.

Avropa Şurasının insan haqları ilə bağlı nüfuzlu ekspertləri tərəfindən keçirilən seminarın açılışında çıxış edən Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunun rəhbəri, hakim İlqar Xələfov insan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini bildirmiş, seminarın keçirilməsində göstərilmiş dəstəyə görə Avropa Şurasının nümayəndələrinə minnətdarlığını bildirmişdir.

Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəsi Veronika Kotek çıxış edərək Məhkəmə-Hüquq Şurası ilə səmərəli əməkdaşlıqdan və ölkədə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarına dəstək verməkdən məmnun olduqlarını bildirmiş, İngiltərə, Fransadan olan Avropa Şurası ekspertlərini təqdim etmişdir.

İnteraktiv metodlarla Məhkəmə-Hüquq Şurasında keçirilən seminar zamanı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prosedurları, məhkəmənin qərarlarının icrası və onların ölkədaxili qanunvericiliyə təsiri, Azərbaycana qarşı işlərin icmalı, İnsan hüquqları üzrə Avropa Konvensiyasının ayrı-ayrı müddəalarının tətbiqi məsələləri və s. mövzular üzrə mühazirələr dinlənilmiş, səmərəli təcrübə mübadiləsi və müzakirələr keçirilmişdir.

Kurs zamanı hakimlərə metodiki kömək məqsədilə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin seçilmiş qərarlarının külliyyatı, Avropa Konvensiyası və onun ayrı-ayrı müddəalarının şərhinə dair məlumat kitabçaları və digər vəsaitlər təqdim olunmuşdur.

Çap et

13.11.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az