Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ UZUNMÜDDƏTLİ TƏDRİS KURSU DAVAM EDİR

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar çərçivəsində tam şəffaf şəraitdə seçilmiş 80 nəfər hakimliyə namizəd ötən aydan uzunmüddətli tədris kursuna cəlb edilmişlər.

Ən müasir tədris üsullarından istifadə edilməklə tədris ili ərzində davam edəcək kursun proqramı nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış, insan haqlarının müdafiəsi ilə bağlı məsələlərə geniş yer verilmiş, namizədlərin nəzəri biliklərinin artırılması ilə yanaşı, onların məhkəmələrdə staj keçmələri də nəzərdə tutulmuşdur.

Kurs çərçivəsində ATƏT-in Bakı ofisinin dəstəyi ilə namizədlərlə bir həftəlik təlim təşkil olunmuş, ədalət mühakiməsinin həyata keçirilməsində hakimin rolu, əsas insan hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübə, mülki və cinayət sahəsində aktual mövzuların tədrisi, namizədlərin hakimlik vərdişlərinə yiyələnmələri məqsədilə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Nüfuzlu beynəlxalq ekspertlər, o cümlədən məhkəmə-hüquq sahəsində geniş təcrübəsi olan mütəxəssislər tərəfindən keçirilən təlimin Ədliyyə Akademiyasında açılışı olmuşdur. Tədbirdə ölkəmizdə həyata keçirilən məhkəmə islahatlarının mütərəqqi mahiyyəti qeyd edilmiş, hakimliyə namizədlərin tədrisinə xüsusi diqqət yetirildiyi vurğulanaraq, bu sahədə göstərdikləri dəstəyə görə ATƏT-in Bakı ofisinə minnətdarlıq bildirilmişdir.

Sonra seminar beynəlxalq ekspertlər Audun Berg (Niderland) və Fiorentina Azizinin (Avstriya) mühazirələri ilə işini davam etdirmişdir.

Tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri cənab Bilge Cankorel iştirak etmişdir.

Çap et

09.11.2009
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az