Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 44 nəfər hakimliyə namizədlə ilkin tədris kursu iyul ayının 30-da bitmişdir.

Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə tədrisin nəticələri üzrə yazılı imtahan avqust ayının 7-də, saat 10:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək. Naxçıvan Muxtar Respublikasında yaşayan namizədlər üçün imtahan eyni tarixdə və saatda, DİM-in Naxçıvan Muxtar Respublikası üzrə regional bölməsində təşkil olunacaq (Naxçıvan şəhəri, Atatürk küçəsi 3).

İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçiriləcək.

Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdirəcəklər. Bu məqsədlə namizədlər mülki, mülki-prosessual, cinayət və cinayət prosessual məcəllələri və digər aidiyyəti vəsaitləri istifadə üçün özləri ilə gətirə bilərlər.

İmtahan yerinə saat 09:30-dan etibarən gəlmək olar. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli, onlardan düzgün (burun, boğaz və və çənə nahiyəsini tam örtməklə) istifadə etməli, davranışlarında sosial məsafəni gözləməlidirlər.

Çap et

31.07.2020
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az