Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ƏDLİYYƏ NAZİRİ QUSARDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazirliyin rəhbərliyinin bölgələrdə mütəmadi səyyar qəbulları keçirilir.

Yanvarın 10-da ədliyyə naziri Fikrət Məmmədov Qusar rayonu Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, digər qaldırılan məsələlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgələrdə yerli sakinlərin qəbulu və müraciətlərinə baxılması ilə bağlı ölkə Prezidenti tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.

Səfər çərçivəsində nazir ədliyyə orqanlarının və məhkəmənin işi ilə tanış olub, yerli və ətraf rayonların ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Nazir ölkə Prezidentinin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs edib, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, özəl məhkəmə ekspertizası institutunun tətbiqi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, sahibkarlıq fəaliyyətinə dair mübahisələr üzrə ayrıca ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı mühüm qanunların qəbul olunduğunu vurğulayıb.

Müşavirədə yeni regional inzibati və kommersiya məhkəmələrinin bu ilin əvvəlindən fəaliyyətə başlaması nəzərə alınaraq dövlət başçısının 30.12.2019-cu il sərəncamları ilə artıq həmin məhkəmələrə hakimlərin təyinatının aparıldığı qeyd olunub, qarşıda duran vəzifələrə, o cümlədən qanunvericilikdəki yeniliklərin dürüst və vaxtında icrasının təmin olunmasına dair aidiyyəti tövsiyə və tapşırıqlar verilib.

Eyni zamanda, tədbirdə dövlət başçısının şəffaflığın təmin olunması, dövlətə və xalqa, vətəndaşlara layiqli xidmət göstərilməsi ilə bağlı tələbləri xüsusilə diqqətlə çatdırılaraq insanlara daim qayğı və həssaslıqla yanaşılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması vurğulanıb, etik davranış qaydalarına dönmədən əməl olunmasının, sui-istifadə hallarının və korrupsiyanın yolverilməzliyinin ən ümdə vəzifə olduğu bildirilib

Çap et

10.01.2020
 






© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az