Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
"SÖZ AZADLIĞININ MÜDAFİƏSİNDƏ HAKİMLƏRİN ROLU" MÖVZUSUNDA "DƏYİRMİ MASA" KEÇİRİLMİŞDİR

Noyabrın 29-da Məhkəmə-Hüquq Şurasında Azərbaycanın müxtəlif məhkəmə instansiyalarını təmsil edən 25 hakimin iştirakı ilə "Söz azadlığının müdafiəsində hakimlərin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Məhkəmə-Hüquq Şurası, Azərbaycan Hüquqşünasları Konfederasiyası və Amerika Hüquşünaslar Assosiasiyasının birlikdə keçirdikləri "dəyirmi masa"da Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov və Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə direktoru David Rubino tədbirin əhəmiyyətindən danışmışlar.

"Dəyirmi masa"da Amerika Hüquqşünaslar Assosiasiyasının eksperti, hüquq elmləri doktoru, professor Anthony Vinter "ABŞ-da söz azadlığının müdafiəsində məhkəmələrin rolu mövzusunda məruzə etmiş, bu sahədə ABŞ məhkəmə işlərinə istinad etmiş, səmərəli müzakirələr aparılmışdır.

Tədbirdə hakimlərə Azərbaycan Hüquqşünasları Konfederasiyası, Bakı Hüquq Mərkəzi və Avrasiya Hüquqşünaslar Assosiasiyasının Avropa Şurasının dəstəyi ilə nəşr etdirdikləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bülleteninin Azərbaycan dilində 1-ci və 2-ci nəşrləri, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsini əhatə edən nəşrlərə dair metodiki vasitələr təqdim olunmuşdur.

Çap et

29.11.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az