Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ ASTARA RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazirliyin rəhbərliyinin bölgələrdə mütəmadi səyyar qəbulları keçirilir.

Noyabrın 6-da Ədliyyə naziri Fikrət Məmmədov Astara rayonunda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Astara şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarının və məhkəmələrin işi ilə tanış olub. Həmçinin, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs olunub, qarşıda duran vəzifələr müzakirə edilərək, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

Çap et

06.11.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az