Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AVROPA ƏDLİYYƏ NAZİRLƏRİNİN KONFRANSI KEÇİRİLİB

Avropa Şurasının təsis edilməsinin 70 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunur, oktyabrın 14-15-də Fransanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində Strasburqda "Avropada ədalət mühakiməsinə rəqəmsal çağırışlar" mövzusunda Avropa ədliyyə nazirlərinin konfransı keçirilib.

Tədbirdə ölkəmizi ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə təmsil edib.

Konfransı əsas məruzə ilə Fransanın ədliyyə naziri Nikol Belloubet açıb. AŞ-nın baş katibi Mariya Peyçinoviç Buriç, AŞ Parlament Assambleyasının prezidenti Lilian Mori Paskye, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Linos-Aleksandr Sisilyanos isə giriş sözü ilə çıxış ediblər.

Tədbirdə rəqəmsal dövrdə hüquqa və ədalət mühakiməsinə əlçatanlıq, müasir texnologiyaların cinayət mühakiməsinə təsiri kimi aktual məsələlər müzakirə olunub, nazirlər tərəfindən bu sahədə yeni tendensiyalara, innovasiyalara və yaxşı təcrübələrə dair təqdimatlar keçirilib.

Birinci sessiyada çıxış edən ədliyyə naziri F.Məmmədov Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan, o cümlədən məhkəmə fəaliyyətində rəqəmsal texnologiyanın tətbiqi üzrə həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə ölkəmizin müsbət təcrübəsi ilə bölüşüb.

Dünya Bankı ilə əməkdaşlıqda yüksək texnologiya ilə təchiz olunmuş məhkəmə infrastrukturunun müasirləşdirilməsi, dövlət başçısının 13 fevral 2014-cü il tarixli Sərəncamına əsasən yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və onun əsas komponentləri - məhkəmələrin vahid internet portalı, proses iştirakçılarının şəxsi elektron kabineti, məhkəmə qərarlarının vahid reyestri, habelə əmr icraatı üzrə işlərə elektron qaydada baxılması, məhkəmə fəaliyyətində süni intellektdən istifadə və s. barədə məlumat verilib.

Çıxışda iştirakçıların diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb edilib, Ermənistan rəhbərliyinin aqressiv bəyanatları beynəlxalq ictimaiyyətdə narahatlıq doğurmaqla buna ciddi reaksiya verilməsinin zəruriliyi vurğulanıb.

Çıxışın mətni iştirakçılar arasında paylanılıb, Azərbaycan təcrübəsi maraqla qarşılanıb.

Konfrans çərçivəsində Türkiyənin ədliyyə naziri Abdulhamit Gül ilə ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə olunub, qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.

Eyni zamanda, bir sıra digər dövlətlərin ədliyyə nazirləri, habelə Avropa Şurasının rəhbər şəxsləri ilə işgüzar görüşlər keçirilərək əməkdaşlığa dair danışıqlar aparılıb.

Tədbirlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.

Çap et

15.10.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az