Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
TÜRKİYƏ RESPUBLİKASI HAKİMLƏR VƏ PROKURORLAR ŞURASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR

Ölkəmizlə dost və qardaş Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri çərçivəsində hüquqi əlaqələr xüsusi yer tutur.

Bu sahədə çoxşaxəli əməkdaşlığın növbəti təzahürü olaraq, Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Qonaqlar əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin və türk əsgərinin məzarını ziyarət edib, onların əziz xatirəsinə dərin ehtiramını bildiriblər.

Sonra Məhkəmə-Hüquq Şurasında Şura və Hakimlərin Seçki Komitəsi üzvləri ilə görüş keçirilib. Görüşdə tarixən qədim köklərə malik olan ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində uğurla inkişaf etdirildiyi bildirilib, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" müdrik kəlamı xatırlanıb, bugünlərdə ölkəmizdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün müstəsna əhəmiyyəti qeyd edilib.

Görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin fəaliyyəti, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericiliyin daim təkmilləşdirilməsi, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə qonaqlara ətraflı məlumat verilib.

Azərbaycana ilk dəfə olan səfərindən məmnunluğunu bildirən nümayəndə heyətinin rəhbəri, Hakimlər və Prokurorlar Şurasının dairə rəhbəri Halil Koç ölkələrimizin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək təqdir edib, öz ölkəsində həyata keçirilən islahatlar, o cümlədən Hakimlər və Prokurorlar Şurasının fəaliyyəti barədə müfəssəl məlumat verib.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı müzakirələr aparılıb.

Daha sonra qonaqlar Azərbaycan məhkəmə tarixi muzeyi ilə tanış olub və nümayəndə heyətinin rəhbəri xatirə kitabına öz ürək sözlərini yazıb.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikası Baş Prokurorluğu, Ali Məhkəməsi və Ədliyyə Nazirliyində görüşləri keçiriləcəkdir. Qonaqların həmçinin Bakının müasir rəmzlərindən sayılan Heydər Əliyev Mərkəzi, eləcə də paytaxtın mədəni və tarixi abidələri, habelə müasir infrastruktura malik yerli məhkəmə və prokurorluq orqanlarının, Azərbaycan brendi olan ASAN xidmət mərkəzinin fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

Çap et

14.10.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az