Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!
Məhkəmə-Hüquq Şurası tərəfindən dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülür.

Vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinin daha səmərəli araşdırılması, qeyri-prosessual münasibətlərə şərait yaradan və haqlı narazılıq doğuran pozuntuların dərhal aradan qaldırılması məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların bilavasitə məhkəmələrdə qəbulları keçirilir. 2019-cu ilin sentyabr ayı ərzində qəbul həyata keçiriləcək müvafiq məhkəmələr və qəbulun tarixi barədə məlumat vətəndaşların diqqətinə təqdim olunur.

Vətəndaşlar qəbula müvafiq məhkəmələrdə, eləcə də Şuranın 510-82-96, 510-19-07 nömrəli telefonları və ya info@jlc.gov.az elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər.

2019-cu ilin sentyabr ayında Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların məhkəmələrdə
qəbulu cədvəli


Qəbulun tarixi və vaxtı

Qəbulun keçiriləcəyi məhkəmə

1.

6 sentyabr,
saat 10:00

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi
Ünvan: Sumqayıt şəhəri, Nizami Gəncəvi küç., 5-ci məhəllə, 16/1
Telefon: (018) 654-50-67

2.

13 sentyabr,
saat 10:00

Qəbələ Rayon Məhkəməsi
Ünvan: Qəbələ şəhəri, İ.Nəsimi küç., 67.
Telefon: (0160) 5-10-88

3.

20 sentyabr,
saat 10:00

Bakı şəhəri Nizami Rayon Məhkəməsi
Ünvan: Bakı şəhəri, Nizami rayonu Məhsəti küç.
Telefon: (012) 421-08-87

4.

27 sentyabr,
saat 10:00

Abşeron Rayon Məhkəməsi
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küç., 5
Telefon: (012) 342-07-07

Çap et

30.08.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az