Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ İSLAHATI ÜZRƏ AZƏRBAYCANIN TƏCRÜBƏSİ BÖYÜK MARAQ DOĞURUR

Bu günlərdə Serbiyanın paytaxtı Belqradda ATƏT-in dəstəyi ilə Məhkəmə hakimiyyətinin tədrisi mövzusunda beynəlxalq Konfrans keçirilmişdir.

Tədbirdə Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və prokurorluğun başçıları ilə yanaşı, bu sahədə zəngin təcrübəyə malik olan Fransa, İspaniya, Portuqaliya, Kanada və digər ölkələrin tanınmış tədris ocaqlarının rəhbər şəxsləri iştirak etmiş, demokratiyanın əsas təminatçılarından olan məhkəmə hakimiyyətinin gücləndirilməsində tədrisin böyük əhəmiyyəti və bu işin müasir beynəlxalq tələblərə uyğun təşkilinin vacibliyi xüsusi qeyd edilmişdir.

Azərbaycanda son dövrdə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə mütərəqqi işlərin aparılması, o cümlədən tədris prosesinin yenidən qurulması, habelə bu sahədə beynəlxalq təcrübə mübadiləsinin faydası nəzərə alınaraq, təşkilatçıların dəvətinə əsasən tədbirdə ölkəmizin ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iştirak etmişdir.

Konfransda çıxış edilərək, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan məhkəmə-hüquq islahatları, o cümlədən hakimlərin ən mütərəqqi və şəffaf prosedurlarla seçilməsi, onların beynəlxalq mütəxəssislərin iştirakı ilə Avropa standartlarına uyğun tədrisi, həmçinin, bu yaxınlarda Ədliyyə Akademiyasının Nizamnaməsinin dövlət başçısı tərəfindən təsdiq edilərək onun yüksək statusunun müəyyən olunması vurğulanmışdır.

Bununla yanaşı, tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, qonşu dövlət tərəfindən torpaqlarımızın 20%-nin işğalına, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilmişdir. Bununla belə, Azərbaycanın demokratik hüquqi dövlət quruculuğunda uğurları, iqtisadiyyatın sürətli inkişafına görə liderə çevrildiyi barədə məlumat verilmişdir.

Çıxış böyük rəğbətlə qarşılanmış, Azərbaycan təcrübəsinə xüsusi maraq göstərilmişdir. Eyni zamanda, səfər çərçivəsində Serbiyanın ədliyyə naziri Snejana Maloviç ilə görüş keçirilərək əməkdaşlıq perspektivləri müzakirə edilmiş, faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır. Xanım Maloviç qarşılıqlı fəaliyyətin inkişafı məqsədilə iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlığa dair sənədi imzalamaq niyyətini bildirmişdir.

Çap et

11.12.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az